İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Bizim.Media xəbər verir ki, məktubda deyilir: "Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Sizə uğurlar, qardaş xalqınıza isə daha artıq inkişaf və çiçəklənmə arzulayıram. Zati-alinizə xoş arzu və ehtiramımızı bildiririk". Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş naziri Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud də Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Məktubda deyilir: "Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu. Azərbaycan Respublikasının Prezidenti seçkilərində qələbəniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Sizə müvəffəqiyyətlər, qardaş Azərbaycan xalqına isə daha çox tərəqqi və inkişaf diləyirəm". Bizim.Media