ABŞ Prezidenti Donald Tramp İran tərəfi ilə danışıqlardan imtina edib. Bizim.Media xəbər verir ki, o bu barədə özünün "Truth Social" sosial şəbəkə hesabında yazıb. Prezident qeyd edib ki, İranın hava hücumundan müdafiə (HHM) sistemi, hərbi-hava qüvvələri (HHQ), hərbi-dəniz qüvvələri (HDQ) və rəhbərliyi "məhv edilib". "Onlar danışıqlar istəyirlər. Mən isə dedim, artıq gecdir!", - Tramp yazıb. Xatırladaq ki, Tramp daha əvvəl İran rəsmilərinin danışıqlar üçün ona müraciət etdiyini bildirmişdi. Lakin İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani rəsmi Tehranın ABŞ-la heç bir danışıqlara getməyəcəyini açıqlamışdı.
Mənbə: bizim.media
