Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts İlham Əliyevi Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik edib. Bizim.Media xəbər verir ki, təbrikdə deyilir: "Çox hörmətli cənab Prezident. Yenidən Azərbaycan Respublikasının dövlət başçısı seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Almaniya bundan sonra da Azərbaycana modernləşmə kursunda və hüquqi dövlətçilik strukturlarının möhkəmləndirilməsi yolunda dəstək verməyə hazırdır. Sizinlə Münxen Təhlükəsizlik Konfransında görüşəcəyimizə şadam. Ali dövləti fəaliyyətinizdə Sizə uğurlar arzulayıram". Bizim.Media