Texnologiya
"SpaceX" Aya “Nova-C” planetlərarası stansiya buraxdı
"İntuitive Machines” şirkətinin Odysseus zondu "SpaceX"in "Falcon 9” raketinin göyərtəsində qaldırılıb. O, 50 ildən əvvəl "Apollon” proqramının başa çatmasından sonra ABŞ kosmik gəmisi tərəfindən Aya ilk uğurlu eniş etməyə cəhd edəcək.
Bu barədə Qaynarinfo "Science et Vie” nəşrinə istinadən xəbər verir.
Odysseus kosmik zondu bu səhər havaya qalxıb və Aya doğru yola düşüb. "Falcon 9” raketi Floridadakı Kennedi adına Kosmik mərkəzindən Bakı vaxtı ilə səhər saat 6:05-də havaya qalxıb.
Odysseus kosmik gəmisi ilk olaraq Ayın orbitinə daxil olacaq. Aya eniş fevralın 22-nə planlaşdırılıb.
Eniş uğurlu olarsa, Nova-C (IM-1) 1972-ci ildə "Apollon” proqramının bitməsindən sonra Aya uğurla qayıdan ilk ABŞ missiyası olacaq.
Nizami Bağırov