Siyasət

Lukaşenko: “Azərbaycanla strateji tərəfdaşlığı çox yüksək qiymətləndiririk”

Fevralın 15-də Belarus Prezidenti Aleksandr Lukaşenko səkkiz ölkənin səfirlərinin etimadnaməsini qəbul edib. Bizim.Media xəbər verir ki, Azərbaycanın Belarusdakı səfiri Məhərrəm Əliyev də etimadnaməsini təqdim edib. Lukaşenko bu yaxınlarda keçirilən prezident seçkilərində xalqın böyük dəstəyini qazanmış İlham Əliyevə konstruktiv yanaşmasına görə xüsusi minnətdarlığını bildirib.  Dövlət başçısı maraq doğuran sahələrdə məsələlərin həlli üçün iki ölkə liderləri arasında əldə olunan razılaşmalardan daha fəal istifadə etməyi təklif edib və bildirib ki, “biz Azərbaycanla strateji tərəfdaşlığımızı çox yüksək qiymətləndiririk”. Bizim.Media