Digər

Avropa Liqası: "Qarabağ" "Braqa"ya qalib gəlir (YENİLƏNİR)

"Qarabağ" bu gün UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyununu keçirəcək. Qaynarinfo-nun məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Portuqaliyada "Braqa"nın qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Görüşü Danimarkadan olan Morten Kroq idarə edəcək. Avropa Liqası Pley-off mərhələsi İlk oyun 15 fevral 00.00 Braqa (Portuqaliya) - Qarabağ (Azərbaycan) 0:1 Qol: Marko Yankoviç, 21-pen. Braqa: 1. Mateus, 2. Viktor Qomes, 15. Paulo Oliveyra, 4. Siku Niakate, 26. Kristian Borxa, 28. Joao Moutinyo, 18. Vitor Karbvalyo, 16. Rodriqo Zalazar, 23. Simon Banza, 9. Abel Ruiz (k), 14. Alvaro Djalo. Baş məşqçi: Artur Jorje. Ehtiyat oyunçular: 12. Tiaqo Sa, 91. Lukaş Horniçek, 5. Sərdar Saatçı, 6. Xose Fonte, 10. Şer Ndur, 11. Rocer Fernandes, 17. Yosafat Mendes, 20. Roni Lopes, 22. Pissi, 55. Çissumba, 59. Yan Said, 90. Djibril Sumare. Qarabağ: 99. Andrey Lunyov, 44. Elvin Cəfərquliyev, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov (k), 2. Mateus Silva, 7. Yassin Benzia, 6. Julio Romao, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 18. Juninyo Olavio. Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 5. Maksim Medvedev, 17. Hamidu Keyta, 19. Redon Cica, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 65. Patrik Andrade, 81. Kevin Medina, 90. Nəriman Axundzadə. Baş məşqçi: Qurban Qurbanov. Baş hakim: Morten Kroq (Danimarka). Braqa, "Estadio Municipal de Braga". Qeyd edək ki, tərəflər arasında cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.