Siyasət

Baş nazir qırğızıstanlı həmkarı ilə strateji tərəfdaşlığı MÜZAKİRƏ EDİB

Azərbaycanın Baş naziri Əli Əsədov qırğızıstanlı həmkarı Akılbek Japarola telefonla danışıb. Bu barədə Bizim.Media-ya Nazirlər Kabinetindən məlumat verilib. Bildirilib ki, o, Əli Əsədovu Azərbaycanın Baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib. Telefon danışığı zamanı Azərbaycan ilə Qırğızıstan arasında strateji tərəfdaşlığın hərtərəfli inkişafından məmnunluq ifadə olunub. Tərəflər, həmçinin Azərbaycan-Qırğızıstan qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi perspektivlərini müzakirə ediblər. Bizim.Media