Siyasət

İlham Əliyev: “Azərbaycan-İtaliya əlaqələri strateji tərəfdaşlıq zəminində inkişaf edir”

“Azərbaycan-İtaliya əlaqələri həqiqətən mükəmməl xarakter daşıyır və strateji tərəfdaşlıq zəminində inkişaf edir”. Bizim.Media xəbər verir ki, bunu fevralın 16-da 60-cı Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyanın Münxen şəhərində səfərdə olan Prezident İlham Əliyev İtaliyanın “Leonardo” şirkətinin baş həmdirektoru Lorenzo Mariani ilə görüşü zamanı bildirib. Prezident İlham Əliyev Azərbaycan ilə “Leonardo” şirkəti arasında əməkdaşlıqdan məmnunluğunu bildirib.  Görüşə görə təşəkkürünü bildirən Lorenzo Mariani dövlətimizin başçısını prezident seçkilərində qələbə münasibətilə “Leonardo” şirkəti ailəsi adından səmimi-qəlbdən təbrik edib. O vurğulayıb ki, İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlıqdan irəli gələrək, şirkətin ölkəmiz ilə əməkdaşlığı uğurla inkişaf edir. Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirib. Söhbət zamanı Azərbaycan ilə “Leonardo” şirkəti arasında müxtəlif sahələrdə, o cümlədən kibertəhlükəsizlik və kosmik sahələrdə, eyni zamanda, SOCAR ilə “Leonardo” şirkəti arasında əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı, bu əməkdaşlıqdan məmnunluq ifadə olunub. Bizim.Media