Siyasət

ATƏT sədri: “COP29 çərçivəsində Azərbaycanla birgə əməkdaşlığa hazırıq”

“Malta da kiçik ada ölkələrinin iqlim dəyişikliyi nəticəsində üzləşdiyi problemlərə həssaslıqla yanaşır və bu xüsusda Azərbaycan ilə birgə əməkdaşlığa hazırdır”. Bizim.Media xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borq Prezident İlham Əliyevlə fevralın 16-da Münxendə görüşü zamanı bildirib. Görüşdə Maltanın xarici, Avropa işləri və ticarət naziri COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırıb.  İan Borq dövlətimizin başçısını prezident seçkilərində qələbə münasibətilə təbrik edib. Təbriklərə görə təşəkkürünü bildirən dövlətimizin başçısı öz növbəsində Maltanın ATƏT-in fəaliyyətdə olan sədrliyi münasibətilə təbriklərini çatdırıb. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan COP çərçivəsində inklüziv konsepsiyanın tərəfdarıdır və kiçik ada dövlətlərinin iqlim dəyişikliyi nəticəsində üzləşdiyi problemlərə çox həssaslıqla yanaşır. Görüşdə Azərbaycanın sədrliyi dövründə bu məsələyə xüsusi diqqət yetiriləcəyi və bu xüsusda da Malta ilə, həmçinin ATƏT platformasından istifadə edilərək birgə əməkdaşlığa hazırlıq ifadə olunub. Bizim.Media