Siyasət

FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri İlham Əliyevi TƏBRİK EDİB

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Nasar Hayat Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Bizim.Media xəbər verir ki, təbrikdə deyilir: “Zati-aliləri. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz və fəaliyyətə başlamağınız münasibətilə Sizə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi adından səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Fürsətdən istifadə edərək FAO-nun daha yaxşı istehsal, daha yaxşı qidalanma, daha yaxşı ətraf mühit və daha yaxşı həyat prinsiplərinə əsaslanan 2022-2031-ci illəri əhatə edən Strateji Çərçivə sənədinə istinad edərək, Azərbaycanda kənd təsərrüfatının dayanıqlı inkişafına dəstək göstərmək niyyətini bir daha vurğulamaq istəyirəm. Biz, həmçinin Azərbaycan Respublikasına 2024-cü ildə keçiriləcək COP29 Tərəflər Konfransına təşkilatımızın mandatına uyğun sahələr üzrə dəstək göstərməyə hazır olduğumuzu bildiririk. Sizin rəhbərliyinizlə Azərbaycan hökuməti ilə FAO arasında davamlı şəkildə tərəfdaşlıq və əməkdaşlıq edəcəyimizə inanıram. Zati-aliləri, dərin hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm”. Bizim.Media