ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi Con Kerri BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında iştirak etmək üçün Azərbaycana səfər edəcək. Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev fevralın 17-də Münxendə Con Kerri ilə görüşü zamanı onu COP29-da iştirak etmək üçün Azərbaycana səfərə dəvət edib. Con Kerri isə COP29-da məmnuniyyətlə iştirak edəcəyini bildirib. Qeyd edək ki, COP29 cari ilin noyabrında Azərbaycanda keçiriləcək. Bizim.Media