Azərbaycan və Ermənistan Xarici İşlər nazirliklərinə tezliklə sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının keçirilməsi barədə təlimat verilib. Bizim.Media xəbər verir ki, bu barədə fevralın 17-də Münxendə Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla ikitərəfli görüşü zamanı tapşırıq verilib.
Belə ki, hər iki ölkənin xarici işlər nazirlərinə tapşırılıb ki, tərəflər yenidən yaxın zamanda görüşüb sülh müqaviləsi ilə bağlı danışıqları davam etdirsinlər. Bizim.Media