“Azərbaycan Prezidenti İlham Əliyevlə görüşümüz zamanı biz potensial müştərək iqtisadi layihələri, o cümlədən ticarət-iqtisadiyyat, enerji, humanitar yardım və digər sahələrdə ikitərəfli əməkdaşlığı müzakirə etdik”. Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “X” hesabında məlumat verib.
Zelenski qeyd edib ki, Münxendə keçirilən görüş zamanı İrpenin bərpası üçün layihələr həyata keçirdiyinə görə Prezident Əliyevə minnətdarlığını ifadə edib. “Əminəm ki, Ukrayna-Azərbaycan əlaqələri daha da möhkəmlənəcək. Biz ölkələrimizin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı dəstəyi bölüşürük” , - deyə Ukrayna lideri qeyd edib.
Bizim.Media