Siyasət

İlham Əliyev: “COP29 Azərbaycanla ABŞ arasında əməkdaşlığın genişləndirilməsi üçün imkanlar yaradır”

“COP29 Azərbaycanla ABŞ arasında əməkdaşlığın genişləndirilməsi və bu istiqamətdə birgə işin aparılması üçün çox yaxşı imkanlar yaradır”. Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Münxendə ABŞ Dövlət katibi Antoni Blinkenin görüşündə bildirib. Azərbaycanın ABŞ ilə ikitərəfli gündəliyi çox yüksək qiymətləndirdiyini deyən dövlətimizin başçısı İlham Əliyev öz növbəsində vurğulayıb ki, ölkələrimiz arasında tərəfdaşlığın genişləndirilməsi üçün əlverişli imkanlar var. ABŞ Dövlət katibi COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırıb, COP çərçivəsində ABŞ-ın da Azərbaycanla əməkdaşlığa və ölkəmizi bu istiqamətdə dəstəkləməyə hazır olduğunu bildirib. Bizim.Media