Siyasət

Prezident: “Sülh sazişinin ən qısa zamanda bağlanması bizim milli maraqlarımıza cavab verir”

“COP29 bizim ikitərəfli gündəliyimizin önəmli bir hissəsidir. Bu, gündəliyimizdə duran məsələlərin mövzularını genişləndirir və biz cari ildə bütün təşəbbüslərimizlə bağlı hökumətinizin dəstəyinə ümid edirik”.  Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Münxendə ABŞ Dövlət katibi Antoni Blinkenin görüşündə bildirib.  

“Azərbaycan sülh prosesinə sadiqdir və sülh sazişinin ən qısa zamanda bağlanması bizim milli maraqlarımıza cavab verir. Mən Amerika Birləşmiş Ştatlarına və xüsusilə cənab Dövlət katibinə bu istiqamətdə göstərdiyi səylərinə görə təşəkkür edirəm”, - deyə Prezident qeyd edib. Bizim.Media