Siyasət
NATO rəsmisindən Azərbaycan-Ermənistan açıqlaması
NATO Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması səylərinə qətiyyətlə dəstək verir.
Qaynarinfo xəbər verir ki, bu barədə NATO-nun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina "X” sosial şəbəkəsindəki hesabında yazıb.
"Ermənistan və Azərbaycanın yenidən yüksək səviyyədə görüşməsini və uzunmüddətli sülh müqaviləsi istiqamətində danışıqların davam etdirilməsinin zəruriliyi barədə razılığa gəlməsini görmək həqiqətən çox vacibdir. NATO Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması səylərinə güclü dəstək verir", - Xavyer Kolomina bildirib.