Siyasət

"Ermənistanı Azərbaycanla müharibəyə sürükləmək planı var idi" - Alen Simonyan

Ermənistanı Azərbaycanla genişmiqyaslı müharibəyə sürükləmək planı olub.   Qaynarinfo Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə fevralın 27-də parlamentdə jurnalistlərlə söhbətində Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan bildirib. Onun sözlərinə görə, plan sonradan sülhməramlı sifəti ilə çox da xoş niyyətlərlə gəlmək və harasa qaçmasınlar deyə regionda növbəti sülh yaratmaq adı ilə hər iki ölkənin boynuna ilgək atmaqdan ibarət idi.  Ermənistanın təhlükəsizliyinin təmin edilməsi məsələsinə dair sualına Ermənistan parlamentinin spikeri bunları qeyd edib: "Bizim əmrimizlə ordu Ermənistanın sərhədlərini qoruyur. Biz öz səylərimizlə sərhədlərimizi qorumaq üçün müxtəlif ölkələrdən silah gətiririk". Nizami Bağırov