Digər

Mingəçevirdə zəlzələ oldu, Gəncə və Yevlaxda da  hiss edildi

Azərbaycanın Mingəçevir şəhərində zəlzələ olub. Bu barədə Qaynarinfo-ya Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib. İlkin məlumata görə, yeraltı təkanlar Gəncə və Yevlaxda hiss edilib. Yaxın dəqiqələrdə ətraflı məlumat veriləcək.