2022-ci il oktyabrın 6-da Praqada keçirilən dördtərəfli görüş çərçivəsində qəbul edilmiş bəyanatda Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin prinsipləri hərtərəfli razılaşdırılıb. Bizim.Media xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan martın 27-də Fransa Milli Assambleyasının Fransa-Ermənistan dostluq qrupunun sədri Ann-Lorens Petelin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə deyib. Bizim.Media