Siyasət

Emin Əmrullayev təhsildə yol verilən “səhv”lərdən DANIŞDI – “Təhsilin keyfiyyəti, işə qəbul…” - VİDEO

“Bu daha çox ritorik ifadə idi. Əvvəl buraxdığımız səhvlər o deməkdir ki, əvvəllər daha düzgün etmədiyimiz məsələlər var”. Bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev noyabrın 30-da keçirdiyi brifinqdə Bizim.Media-nın sualına cavab olaraq deyib. Qeyd edək ki, nazir bir müddət öncə “əvvəl etdiyimiz səhvləri Qarabağ Universitetində etməməliyik”, - deyə açıqlama verib. "Həmin açıqlamanızda əvvəlki səhvləri dedikdə hansı məsələləri nəzərdə tuturdunuz?", - sualına belə cavab verib.  “Burda istər təhsilin keyfiyyəti ilə bağlı, istər tədrisin keyfiyyəti, istər işə qəbulla bağlı məsələləri nəzərdə tuturdum. Siz problemləri sertifikasiya imtahanında gördünüz. “İbtidai sözünü “p” ilə, “müəllim”i “məllim” şəklində yazanlar var idi. Bu problemləri düzəltmək lazımdır. Təkrar səhv dedikdə mən bunları nəzərdə tutmuşdum. İstərdik ki, Qarabağ Universitetində işə götürülmə şəffaf, təhsil rəqabətli olsun, tələbə müəllim münasibətləri yaxşı qurulsun”, - deyə nazir əlavə edib.  

Nuranə Daxilqızı, Bizim.Media