Digər

TƏBİB: Paytaxtdakı qəzada 4 nəfər xəsarət alıb

Aprelin 4-də saat 21:53 radələrində Nərimanov rayonu, Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Bizim.Media xəbə verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.  

Bildirilib ki, dərhal hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib. Hadisə nəticəsində 4 nəfər (kişi cinsli) xəsarət alıb. Onlardan 2 nəfər Kliniki Tibbi Mərkəzə, 2 nəfər isə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Bizim.Media