Nüfuzlu “Forbes” nəşri ənənəvi olaraq milyarderlərin yeni reytinqini dərc edib. Bizim.Media xəbər verir ki, nəşr ayrı-ayrı sahələr üzrə siyahıları da təqdim edib. Formula 1 dünyasının milyarderləri sırasına “Mersedes” komandasının hazırkı həmsahiblərindən biri Toto Volf da düşüb. Ümumi siyahıda Formula 1 dünyası ilə əlaqəli milyarderlərin sıralamaya görə yeri belədir: 34. Mark Mateşitz (“Red Bull”un yaradıcısı Ditrix Mateşitzin oğlu) – 39,6 milyard dollar; 295. Piero Ferrari (“Ferrari”nin vitse-prezidenti və qurucusu Enzo Ferrarinin oğlu) – 8,6 milyard dollar; 809. Lourens Stroll (“Aston Martin” Formula 1 komandasının sahibi) – 3,9 milyard dollar; 949. Maykl Lətifi (“McLaren” Formula 1 komandasının sərmayəçisi, bir müddət çempionatda çıxış edən pilot Nikolas Lətifinin atası) – 3,4 milyard dollar; 1380. Berni Ekklstoun (Formula 1-in keçmiş rəhbəri) – 2,4 milyard dollar; 1380. Dmitriy Mazepin (Formula 1 komandası “Haas”ın keçmiş sürücüsü Nikita Mazepinin atası və həmin komandanın keçmiş sponsoru) – 2,4 milyard dollar; 1945. Toto Volf (“Mersedes” komandasının rəhbəri və səhmdarı) – 1,6 milyard dollar. Rəşad Rafiqoğlu, Bizim.Media