Digər

“Sabah” autsayderi məğlub etdi – FOTO

Bu gün Azərbaycan Basketbol Liqasında XVI turun növbəti oyunu keçirilib. Bizim.Media xəbər verir ki, günün yeganə matçında “Sabah” “Şəki”ni sınağa çəkib. Çempionun asan qələbə qazanıb. İlk 3 periodda rəqibindən güclü olan "Sabah" sona yaxın arxayın çıxış edib. Amma autsayderin fərqi azaltmaq səyləri nəticəsiz qalıb. Paytaxt klubu 93:80 hesabı ilə qalib gəlib. Qeyd edək ki, turun ilk matçında “Xırdalan” “Sərhədçi”yə 112:105 hesabı ilə qalib gəlib. Hər gün 1 görüş baş tutacaq tura aprelin 7-də yekun vurulacaq. XVI tur 4 aprel 19:30. “Sabah” – “Şəki” - 93:80 (27:20, 22:19, 22:19, 22:22) “Sərhədçi” İdman Mərkəzi. Rəşad Rafiqoğlu, Bizim.Media