Digər

"Sumqayıt" "Turan Tovuz"a qalib gəlib 2-ci pilləyə yüksəldi

Bu gün Misli Premyer Liqasında 31-ci tura start verilib. Bizim.Media xəbər verir ki, ilk gündə 1 matç keçirilib. "Turan Tovuz"  "Sumqayıt"ı qəbul edib. Görüş qonaqların 4:1 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə ilə "Sumqayıt" ən azı 1 günlüyünə - sabah keçiriləcək "Zirə" - "Neftçi" oyununun yekun nəticəsinə qədər 2-ci pilləyə yüksəlib.  Turun digər matçları 20 və 21 aprel tarixlərində keçiriləcək. 19 aprel (cümə) 16:30. “Turan Tovuz” – “Sumqayıt” - 1:4  Qollar: Şəhriyar Əliyev, 15-avtoqol (0:1), Erik Sorqa, 22 (0:2), Otto Con, 52-pen. (1:2), Səbuhi Abdullazadə, 88 (1:3), Cordan Rezabala, 90+5 (1:4) Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev VAR: Rauf Cabarov Tovuz şəhər stadionu 20 aprel (şənbə) 16:30. “Qarabağ” – “Qəbələ” Hakimlər: Fərid Hacıyev, Pərvin Talıbov, Rəhman İmami, Kamranbəy Rəhimov Tofiq Bəhramov adına Respublika Stadionu 19:00. “Zirə” – “Neftçi” Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamal Umudlu Zirə İdman Kompleksinin stadionu 21 aprel (bazar) 16:30. “Kəpəz” –“ Sabah” Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Teymur Teymurov, Əli Əliyev Tovuz şəhər stadionu 19:00. “Araz-Naxçıvan”– “Səbail” Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı “Liv Bona Dea Arena” Bizim.Media