Dünya

Süni intellektlə bağlı QORXUNC XƏBƏRDARLIQ

“Google”un silah hazırlamaq üçün süni intellekt (AI) texnologiyalarından istifadə etməmək prinsipindən əl çəkməsi təhlükəli dəyişiklikdir. Bu addım bütün dünyada münaqişələrin genişlənməsi təhlükəsi yaradır”. Bizim.Media xəbər verir ki, bu fikirlər “Bloomberg” nəşrində dərc olunan məqalədə qeyd olunub. Məqalədə bildirilib ki, “Google” rəhbərliyi sözügedən qərarı verməklə ən mühüm etik prinsiplərindən birindən imtina edib.  “Google”un süni intellekt üzrə rəhbəri Demis Hassabisin sözlərinə görə isə bu, texnologiyanın sürətli təkamülü və onun yayılması ilə bağlıdır. “Lakin etik prinsiplərin bazarla birlikdə inkişaf etməli olduğu fikri yanlışdır. Müharibə naminə etika kodeksindən imtina etmək nəzarətdən çıxacaq nəticələrə gətirib çıxara bilər” deyə məqalədə bildirib.  

Bununla bağlı əsas risklər isə süni intellekt sistemləri tərəfindən avtomatlaşdırılmış qərarların qəbulu ilə əlaqədardır. Bizim.Media