Siyasət

Səfirlik: “ABŞ minalardan təmizlənmək səylərində Azərbaycana dəstək verməkdə qətiyyətlidir” - FOTO

"Bu gün mina partlaması nəticəsində ANAMA əməkdaşının xəsarət alması xəbəri bizi kədərləndirdi. Birləşmiş Ştatlar ölkəni minalardan təmizləmək səylərində Azərbaycana dəstək vermək öhdəliyində qətiyyətlidir”. Bizim.Media xəbər verir ki, bu barədə səfiriliyin "X" hesabında Şuşada baş verən mina partlayışı ilə bağlı paylaşımda qeyd edilib. “Bütün mina qurbanlarının və onların ailələrinin kədərini bölüşürük", - deyə məlumatda bildirilib. Qeyd edək ki, bu gün  ANAMA-nın əməkdaşı, 1981-ci il təvəllüdlü Elçin Aydın oğlu Quliyev azad edilmiş Şuşa rayonunun Qaybalı kəndi ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb. Bizim.Media