Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Almaniyanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Frank Şvabeyə sərt cavab verib. Bizim.Media xəbər verir ki, S. Seyidov bu barədə rəsmi “X” hesabında yazıb. “O, (Frank Şvabe) özünü, ölkəsini və Avropa Şurasını biabır edən muzdlu siyasətçidir. O, AŞPA-da hakimiyyəti qanunsuz olaraq ələ keçirmiş və təkcə bu təşkilatı deyil, həm də Avropaya inteqrasiya ideyasını məhv etmiş siyasi terrorçudur”, - deyə Səməd Seyidov qeyd edib. Xatırladaq ki, daha əvvəl Şvabe bildirib ki, Azərbaycanın geri - AŞPA-ya yolu yoxdur. Bizim.Media