Texnologiya
Pentaqon: "Tezliklə terminatorların peyda olması gözlənilmir"
⁰ABŞ Hərbi Hava Qüvvələrinin katibi Frank Kendall Kaliforniyada Reyqan Milli Müdafiə Forumunda süni intellektlə (Al) bağlı müzakirələr zamanı bildirib ki, AI tezliklə nəzarətdən çıxmayacaq.
Qaynarinfo xəbər verir ki, Kendalın fikrincə, bəşəriyyət idarəolunmaz süni intellektin yaranmasının qarşısını ala bilər.
"Yaxın gələcəkdə terminatorların peyda olması, ətrafa qaçması və onların baxış sahəsinə daxil olan hər şeyi fərq etmədən atəşə tutması ehtimalını görmürəm", deyə Pentaqon rəsmisi bildirib.
O, əlavə edib ki, ABŞ hökuməti süni intellektin inkişafını məhdudlaşdırmamalı, texnologiyadan etibarlı və etik istifadə etmək üçün onun hərbi istifadəsini, eləcə də təhlükəsizliyini diqqətlə qiymətləndirməlidir.
Aydın