Dünya
ABŞ Çinin elektromobillərinə 100% rüsum tətbiq etdi
Çinli elektromobil istehsalçılarının rəqabətə zidd davranışlarını aradan qaldırmaq üçün sənayedən gələn çoxsaylı çağırışlara cavab olaraq, ABŞ tarifi 25%-dən 100%-ə qaldırıb.
Qaynarinfo xəbər verir ki, bu barədə NV məlumat yayıb.
Bu həftə Birləşmiş Ştatlar hökuməti Çindən idxal edilən bir sıra mallar üçün ümumilikdə 18 milyard dollarlıq tarif artımı elan edib. 2024-cü ildə elektriklə işləyən avtomobillərin rüsumu 100%-ə, elektromobillər üçün litium-ion akkumulyatorların rüsumu isə 7,5%-dən 25%-ə yüksələcək.
Əvvəllər ABŞ-a idxal edilən Çin avtomobillərinə 25 faizlik rüsum tətbiq edilirdi. Bundan əlavə, ABŞ-a idxal edilən istənilən avtomobilə 2,5 faiz rüsum tətbiq olunurdu. Bir çox Çin markası hələ ABŞ bazarına çıxmayıb, lakin yeni 102,5 faiz tarifləri Çində ABŞ üçün avtomobillər istehsal edən Polestar və Lotus şirkətlərinə mütləq şamil olunacaq.
Bu addım, Çinin xarici rəqibləri sarsıtmaq üçün öz avtomobil sənayesini ədalətsiz şəkildə subsidiya etdiyini söyləyən avtomobil istehsalçıları və həmkarlar ittifaqlarının çağırışlarına cavab olaraq atılıb. BYD kimi elektrik avtomobil istehsalçıları ildə milyardlarla dollar və vergi güzəştləri alırlar.
Bu şərtlər altında belə markalar öz avtomobillərini istehsalını daha ucuz edə bilirlər. Bu, Çin avtomobil istehsalçılarına öz məhsullarını xarici bazarlarda heç kimin rəqabət edə bilməyəcəyi qiymətlərlə satmasına imkan verir və bu prosesdə yerli sənaye sahələrini sarsıdır. Bu, BYD və MG kimi Çin avtomobil istehsalçılarının yaxşı möhkəmləndiyi Avropada daha aktual olub. Keçən il Avropada satılan hər 5 elektromobildən 1-i Çin istehsalıdır; bu il bu rəqəmin 4-də 1-ə yüksələcəyi gözlənilir.
Nizami Bağırov