“Azərbaycan və Ermənistan arasında sülh sazişi həqiqətən çox mühüm hadisədir. Biz bu iki ölkənin (Bakı və İrəvan) vahid sülh sazişi üzrə razılıq əldə edəcəklərinə inanırıq”. Bizim.Media xəbər verir ki, bunu Ankarada səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidze Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə birgə mətbuat konfransında çıxışında bildirib. Kobaxidze qeyd edib ki, Ərdoğanla görüş zamanı Ukrayna müharibəsini və Türkiyənin həll yolu tapmaq səylərini müzakirə ediblər. Bizim.Media