“Formula-1” üzrə dünya çempionatıında 7-ci mərhələ keçirilib. Bizim.Media xəbər verir ki, İtaliyada təşkil olunan Emiliya-Romanya Qran-prisində Maks Ferstappen qalib gəlib. “Red Bull” pilotu 63 dövrəlik yarışı 1-ci pillədə başa vurub. Niderlandlı sürücü Lando Norris (“Maklaren”) və Şarl Lekleri (“Ferrari”) arxada qoyub. Maks kiçik fərqlə Norrisi qabaqlayıb. Ferstappen mövsümdə 5-ci qələbəsini qazanıb. Hesabında 161 xal olan sürücünü Lekler (113 xal) və komanda yoldaşı Serxio Peres (107 xal) izləyir. Emiliya-Romanya Qran-prisi 1. Maks Ferstappen (“Red Bull”) — 63 dövrə. 2. Lando Norris (“Maklaren”) +0.725 3. Şarl Lekler (“Ferrari”) +7.916 4. Oskar Piasti (“Maklaren”) +14.132 5. Karlos Sayns (“Ferrari”) +22.325 6. Lyuis Hemilton (“Mersedes”) +35.104 7. Corc Rassell (“Mersedes”) +47.154 8. Serxio Peres (“Red Bull”) +54.776 9. Lens Stroll (“Aston Martin”) +1:19.556 10. Yuki Tsunoda (“RB”) +1 dövrə Bizim.Media