Azərbaycanın Xankəndi şəhərinə ilk köçün tarixi açıqlanıb. Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı şəhərinə köçən sakinlərlə söhbəti zamanı deyib. Həmin dialoqu təqdim edirik: Sakin: Bu gün mən şadam ki, Xocalıdayam. Yəni, 32 il bundan qabaq Xocalını itirdik. Mən əsir düşmüşdüm, yaralanmışdım. Prezident İlham Əliyev: Əsir düşmüşdün? Sakin: Xankəndidə mən həmin yerə getmək istədim, mənə dedilər ki, olmaz. Prezident İlham Əliyev: Xankəndidə əsir düşmüşdünüz? Sakin: Xocalı faciəsində yaralanmışdım, Xankəndidə saxlayırdılar. Prezident İlham Əliyev: Yox, gedib baxmaq olar. Sakin: Yəni, həmin yeri təxmin etdim ki, necə gətirib aparırdılar. Prezident İlham Əliyev: Gedib görərsiniz o yerləri. Çünki sentyabr ayından artıq Xankəndiyə də köç başlayır. Sakinlər: İnşallah. Prezident İlham Əliyev: Birinci köçən tələbələr və onların müəllimləri olacaqlar. Qarabağ Universiteti fəaliyyətə başlayır. Ona görə bir tərəf olacaq Xankəndi, bir tərəf Ağdam. Ağdam şəhərinə də gələn il insanlar qayıdacaqlar. Bizim.Media