Siyasət

Lalə Şövkət deputatlığa namizəd olacaq? (AÇIQLAMA)

"Fəaliyyəti dondurulan Azərbaycan Liberal Partiyasının lideri, professor Lalə Şövkət parlament seçkilərində namizədliyini irəli sürməyəcək".   Bu barədə Qaynarinfo-ya açıqlamasında sözügedən partiyanın sabiq sədri Əvəz Temirxan deyib.  Onun sözlərinə görə, proporsional seçki sistemi bərpa olunarsa, Lalə Şövkətin qərarı dəyişə bilər: "Yəni, yalnız referendum keçirilsə və gözlənilən dəyişikliklər olarsa, o zaman Lalə xanım bu məsələyə yenidən baxa bilər". Bahar Rüstəmli