Dünya

ABŞ Dövlət Departamentindən XƏBƏRDARLIQ: “Rusiya Kiyevə hücuma hazırlaşır” – FOTO

ABŞ Dövlət Departamenti Rusiya Silahlı Qüvvələrinin Ukrayna hökumətinin hədəflərinə hücumlar hazırladığına dair məlumat əldə edib. Bizim.Media xəbər verir ki, ABŞ-ın Ukraynadakı səfirliyi bu barədə məlumat yayıb. Səfirlik Ukrayna vətəndaşlarına xəbərdarlıq edib ki, Rusiya yaxın günlərdə Ukraynadakı hökumət və mülki hədəflərə hücumlar hazırlaya bilər. Məlumatda qeyd edilib ki, bu, avqustun 24-də Ukraynanın Müstəqillik Gününün qeyd olunmasından əvvəl baş verə bilər. Bizim.Media