Rusiya Federasiyası xarici işlər nazirinin (XİN) müavini Mixail Qaluzin və Azərbaycanın Moskvadakı səfiri Polad Bülbüloğlu arasında görüş keçirilib. Bizim.Media xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb. Bildirilib ki, tərəflər iki ölkə arasında müttəfiqlik qarşılıqlı fəaliyyət haqqında Bəyannamənin müddəalarının icrasını müzakirə ediblər. “Söhbət zamanı Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 22 fevral 2022-ci il tarixli müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin müddəalarının həyata keçirilməsi kontekstində ikitərəfli əməkdaşlığın aktual məsələləri müzakirə edilib”, - deyə məlumatda qeyd edilib. Bizim.Media