Siyasət

Ziya Hacılı: Azərbaycanda qeyri-neft sektoru yüksək səviyyədə inkişaf edir

"İslam Əməkdaşlıq Təşkilatına Şuşanı 2024-cü ilin Gənclər Paytaxtı seçdiyi üçün təşəkkür edirəm”. AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyası prezidentinin müşaviri Ziya Hacılı "Şuşa - İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramı çərçivəsində təşkil olunan NexGen: Sosial İnnovasiyalar Forumundakı çıxışı zamanı deyib. O, son 30 ildə Azərbaycanın neft ixrac ilə tanındığını bildirib: "Dövlətin son dövrlərdəki səyi nəticəsində yeni iş yerləri açıldı. Bu proses işsizliyin qarşısını alır. Burada sahibkarların fəaliyyəti də önəmlidir. Hazırda ölkəmizdə qeyri-neft sektoru yüksək səviyyədə inkişaf edir”.   Gənclər və idman nazirinin müavini İndira Hacıyeva da Şuşa şəhərinin gələcəyinin parlaq olduğunu söyləyib: "Bu şəhərin düşməndən azad edilməsində gənclərin rolu böyükdür. Düşünürəm ki, Şuşa təkcə silah gücü ilə deyil, zəka hesabına azad olunub”.