“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı 2024" Beynəlxalq Proqramının iştirakçıları Şuşa turuna çıxıblar. Bizim.Media xəbər verir ki, qonaqlar şəhərin tarixi və mədəniyyət abidələri ilə tanış olublar. Onlar Molla Pənah Vaqifin məzarını, Şuşa qalasını, Yuxarı Gövhər Ağa məscidini, Cıdır düzünü ziyarət ediblər. Qonaqlar Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə gülləbaran edilmiş heykəllərinə də baxıblar. İştirakçılara uzun müddət işğal altında qalan Şuşa şəhəri barədə ətraflı məlumat verilib. Bizim.Media