Prezident İlham Əliyev ilə İranın mərhum Prezidenti Seyid İbrahim Rəisinin görüşü zamanı əldə edilmiş razılaşmalar ölkələrimizin maraqlarına uyğun olaraq həyata keçiriləcək. Bizim.Media xəbər verir ki, bunu İranın Prezidenti vəzifəsini icra edən, Birinci vitse-prezident Məhəmməd Moxber iyunun 5-də Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı bildirib.
Telefon danışığı zamanı İran ərazisindən keçməklə Azərbaycanın Zəngilan rayonunu Naxçıvan ilə birləşdirən yol-nəqliyyat xəttinin yaradılması istiqamətində aparılan işlər də müzakirə olunub. Bizim.Media