Siyasət

“Şimal-Cənub Nəqliyyat Dəhlizi ehtiyac duyulan beynəlxalq dəhlizə çevrilə bilər” - Putin

“Şimal-Cənub Nəqliyyat Dəhlizi yüklərin Süveyş kanalından 10 gün tez çatdırılmasına imkan verəcək”. Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin dünya xəbər agentliklərinin rəhbərləri ilə görüşdə bildirib. Putin qeyd edib ki, Şimal-Cənub Nəqliyyat Dəhlizi çox yaxşı və ehtiyac duyulan beynəlxalq dəhlizə çevrilə bilər: “Sankt-Peterburq limanından yüklər bütün Avropa hissəsindən keçərək Azərbaycana, oradan İrana və Fars körfəzi sahillərinə çıxış yolu ilə gedəcək. Bu, Süveyş kanalı ilə müqayisədə demək olar ki, 10 gün tezdir”. Bizim.Media