Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş və onu müşayiət edən parlament nümayəndə heyəti Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 13-cü Baş Assambleyasında iştirak etmək üçün Azərbaycana gəliblər. Bizim.Media xəbər verir ki, bu barədə TBMM məlumat yayıb. Bildirilib ki, Heydər Əliyev Adına Beynəlxalq Hava Limanı qonaqları Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı qarşılayıb. Bizim.Media