2025-ci maliyyə ili üçün TÜRKPA Katibliyinin büdcəsi qəbul edilib. Bizim.Media xəbər verir ki, büdcəni TÜRKPA-nın Baş katibi Mehmet Süreyya ER Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) on üçüncü iclasında təqdim edib. Qeyd edək ki, bu gün Bakıda Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 13-cü iclası keçirilib. İclasda TÜRKPA-ya daimi komissiyalarının sədrləri, sədr müavinləri və baş katibə yeni müavin seçilib. Həmçinin bir sıra təşkilati məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib. Məhərrəm Əliyev, Bizim.Media