Siyasət

“Bu gün tamamilə başqa bir Azərbaycanın, Türk dünyasının şahidiyik” - Səməd Seyidov

“Bu gün dünya öz istiqamətində, öz inkişafında, öz çağırışlarında, öz təhdidlərində, öz problemlərində strateji təhlil və konseptual baxış tələb edir. Atdığımız hər bir addım, hər bir nəticə məhz strateji təhlil nöqteyi-nəzərdən həyata keçirilir”. Bizim.Media xəbər verir ki, bunu “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda iyunun 15-də Şuşada keçirilən beynəlxalq konfransda bildirib. “Bu gün tarixi gündür. Bu gün tamamilə başqa bir Azərbaycanın, Türk dünyasının şahidiyik. Təsadüfü deyil ki, bizim bu üçüncü sessiyamız “Türk dünyası-2040”: gələcəyə konseptual baxış” adlandırılır. Bundan öncəki hər iki sessiya gələcəyə baxışla bağlı idi. Hər iki sessiyada dərin, məzmunlu, vacib əhəmiyyətli məsələlər müzakirə edildi”, - deyə o qeyd edib. Səməd Seyidovun sözlərinə görə, 2009-cu ildə yaradılmış qurum məhz strateji və konseptual baxış nəticəsində 2021-ci ildə Türk Dövlətləri Təşkilatı zirvəsinə yüksəlib. Bizim.Media