Dünya

Rusiya və Şimali Koreya arasında strateji saziş imzalandı

Rusiya və Şimali Koreya iki ölkə liderlərinin iştirakı ilə keçirilən danışıqların yekunlarına əsasən, Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi imzalayıblar. Bizim.Media verir ki, bu barədə məlumatı Rusiya mətbuatı yayıb. Məlumata görə, Rusiya Prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen İn sənədə imza atıblar. Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Şimali Koreyada səfərdədir. Bizim.Media