Digər

Yəhudi əsilli iş adamı Çinarə Məlikzadəyə evlilik təklifi etdi - FOTO

Müğənni Çinarə Məlikzadəyə sosial şəbəkə hesabında evlilik təklifi edilib. Bizim.Media xəbər verir ki, ölkənin aparıcı reklam şirkətlərindən birinin rəhbəri olan yəhudi əsilli iş adamı Rolan Məmmədlinski Məlikzadəyə “Instagram” vasitəsilə eşq elan edib. Belə ki, iş adamı müğənni ilə səmimi fotosunu paylaşaraq, "sosial şəbəkə üzərindən etiraf edirəm, sevirəm səni, Çinarə. Necə deyərlər, sən dul, mən dul. Gəl, mənə bənd ol" sözlərini yazıb. Çinarə isə sözügedən təklifə gülüş emojiləri ilə reaksiya verib. Həmin paylaşımı təqdim edirik: Bizim.Media