Digər

Həmin direktor işdən çıxarıldı (VİDEO)

Samux rayon İnstitut qəsəbə tam orta məktəbin direktoru işdən azad olunub. Bu barədə Qaynarinfo-ya Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib. Bildirilir ki, ümumi təhsil müəssisələrinə "Son Zəng” tədbirlərinin keçirilməsi qaydalarını tənzimləyən müvafiq təlimat öncədən göndərilib: "Təəssüf ki, bəzi hallarda təlimatın tələblərinin pozulduğu hallar da müşahidə olunub. Həmin hallarla bağlı araşdırma aparılıb. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrinə əsasən Samux rayon İnstitut qəsəbə tam orta məktəbin direktoru ilə bağlanmış əmək müqaviləsinə xitam verilib". Qeyd edək ki, İnstitut qəsəbə tam orta məktəbində "Son zəng" tədbirində kriminal həyat tərzini təbliğ edən ara mahnısı səsləndirilib, mahnı şagirdlər tərəfindən ifa olunub. Görüntülərdə Samux rayon İnstitut qəsəbə tam orta məktəbinin direktoru Gülsəba Abbasovanın şagirdlərlə birlikdə sözügedən mahnını müşayiət etdiyi iddia olunur.