Siyasət

Vaşinqton Fransanı Azərbaycana qarşı təxribatda İTTİHAM ETDİ

“Fransanın Ermənistana silah satması Bakı ilə İrəvan arasında münasibətlərdə yeni təxribatçı elementdir”. Bizim.Media xəbər verir ki, bunu Ermənistan mətbuatına ATƏT-in Minsk qrupunun keçmiş amerikalı həmsədri Ceyms Uorlik deyib. Onun fikrincə, Fransa Azərbaycanla sülh sazişi imzaladıqdan sonra Ermənistanla silah tədarükü ilə bağlı müqavilə bağlamalı idi. “Təəssüf ki, biz sülh sazişinin bağlanmasına yaxınlaşdıqca, belə bir addımın atılması danışıqları ləngidir və daha da çətinləşdirir”, - Uorlik bildirib. Bizim.Media