Polşa millisinin kapitanı Robert Levandovski millidəki gələcəyi barədə danışıb. Bizim.Media xəbər verir ki, hələlik 35 yaşlı hücumçu karyerasını başa vurmağı planlaşdırmadığını söyləyib: "Milli karyeramı erkən bitirdiyimə görə peşman olmaq istəmirəm. Tam əmin olana qədər oynayacağam. Hiss etməliyəm ki, vaxt gəlib. Heç kim məni bu qərara sövq etməməlidir. Bu yalnız mənim və ailəmin qərarı olmalıdır". Qeyd edək ki, Levandovski 2008-ci ildən Polşa millisinin üzvüdür. Bizim.Media