Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Macarıstana rəsmi səfər edib. Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib. Səfər çərçivəsində general-polkovnik Z.Həsənovun Budapeşt şəhərində Macarıstan Respublikasının hərbi və siyasi rəhbərliyi ilə bir sıra görüşləri, eləcə də müdafiə sənayesi şirkətlərini ziyarəti planlaşdırılır. Müdafiə nazirinin rəsmi səfəri iyunun 29-dək davam edəcək. Bizim.Media