İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Cianqsu Əyalət Hökumətinin baş katibinin müavini Sü Huaçinlə görüşüb. Bizim.Media xəbər verir ki, bu barədə Elnur Əliyev "X" hesabında paylaşım edib. "Çinlə iqtisadi əməkdaşlığımızın gündəliyində bir sıra qarşılıqlı faydalı məsələlər var. Cianqsu Əyalət Hökumətinin baş katibinin müavini Sü Huaçinlə görüşdə ticarət, investisiya, nəqliyyat, kənd təsərrüfatı, turizm və digər sahələrdə işbirliyi imkanlarını müzakirə etdik", - deyə nazir müavini qeyd edib. Bizim.Media