Siyasət

Prezident səfiri və baş konsulu geri çağırdı - Yeni təyinat

İrfan Şakir oğlu Davudov Azərbaycan Respublikasının Tayland Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Qaynarinfo xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Dövlət başçısının digər Sərəncamına əsasən, Elçin Raqub oğlu Bəşirov Azərbaycan Respublikasının Tayland Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Prezidentin başqa bir sərəncamı ilə Ramil Kamil oğlu Qurbanovu Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılıb.